HAQQIMIZDA
Ey iman gətirənlər, qatbaqat artıraraq faiz yeməyin! Allahdan qorxun ki, bəlkə nicat tapasınız! Qurani- Kərim 3/130
Sələm (faiz) yeyənlər (qəbirlərdən) şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: " Alış-veriş də sələmçilik kimidir!" -demələrinə görədir. Halbuki, Allah alış- verişi halal,sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra (sələmçiliyə) son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allaha qalar. (Sələmçiliyə) qayıdanlar isə od sakinləridirlər. Onlar orada əbədi qalacaqlat. Qurani- Kərim 2/275
Qadağan olunmasına baxmayaraq, faiz aldıqlarına və haqsız yerə insanların mallarını yediklərinə görə (belə etdik). Biz onlardan olan kafirlər üçün üzücü bir əzab hazırlamışıq. 4/161
Ey iman gətirənlər. Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın. Qurani -Kərim 2/278
