23 oktyabr 2025-ci ildə Bakıda İslam Maliyyə Forumu (İMF-2025) keçiriləcək.

Forum haqqında: İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) təşəbbüsü, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi, Azərbaycan Respublikası Mərkəzi Bankının, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM), AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Türkiyə Katılım Bankalar Birliyinin (TKBB), AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA), UNEC İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzi və
MÜSİAD Azərbaycan birgə tərəfdaşlığı ilə İslam Maliyyə Forumu keçiriləcək.

Forumun məqsədi İslam maliyyəsi sahəsində müasir çağırışları, investisiya imkanları və inkişaf perspektivlərini müzakirə etməkdir.